Bakının Nərimanov rayonu ərazisində “Hyundai” markalı mikroavtobus yanıb.
AzVision.az xəbər verir ki, Heydər Əliyev prospektində hərəkətdə olan mikroavtobus yanaraq yarasız vəziyyətə düşüb. Yaxınlıqdakı avtomobillər yanğından ühafizə olunub. Alov FHN-nın yanğın bölmələri tərəfindən söndürülüb.