Avropa İttifaqının nümayədəsi Gəmiçilikdə olub

Avropa İttifaqının nümayədəsi Gəmiçilikdə olub
  26 Yanvar 2018    Oxunub:1619
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də olub.
Gəmiçilikdən AzVision.az-a verilən məlumata görə, səfir bu günlərdə Avropa Komissiyasının Nəqliyyat və Mobillik üzrə baş direktorunun ölkəmizə səfərinin baş tutacağı haqqında Gəmiçiliyin rəhbərliyinə məlumat verib. Doplomat təmsil etdiyi təşkilatın Azərbaycanla bütün sahələrdə, o cümlədən nəqliyyat sahəsində də əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib. Bu gün Azərbaycanın bölgədə mühüm nəqliyyat qovşağına çevrildiyini bildirən qonaq eyni zamanda Gəmiçiliyin bu qovşaqdakı fəaliyyəti ilə maraqlanıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev şirkətin dünəni və bu günü haqqında qonaqlara məlumat verib. O, bildirib ki, Gəmiçilik qarşısında qısa, orta və uzunmüddətli hədəflər qoyub və inamla bu hədəfləri reallaşdırmağa çalışır. Avropalı qonaqların diqqətinə çatdırılıb ki, neft və nəqliyyat donanmaları olan Gəmiçiliyin hazırda Xəzərdənkənar sularda Azərbaycan bayrağı altında 13 gəmisi üzür. Şirkətin şəffaf fəaliyyətinin də əsas prioritet olduğunu deyən sədr beynəlxalq audit şirkəti olan “Ernst & Young”-ın illik maliyyə hesabatlarının internet səhifəsində hər kəs üçün açıq olduğunu bildirib. Rauf Vəliyev Gəmiçiliyin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrunda oynadığı roldan, onun tranzit imkanlarından da danışıb.

Sonda “AXDG” QSC-nin sədr müavini Fərhad Quliyev Gəmiçiliyin fəaliyyətini əks etdirən təqdimatla çıxış edib.

AzVision.az


Teqlər: AXDG    





Xəbər lenti