Partlayışda yaralanan şəxsin vəziyyəti ağırdır - Baş həkim (YENİLƏNİB)

Partlayışda yaralanan şəxsin vəziyyəti ağırdır - Baş həkim (YENİLƏNİB)
  27 Yanvar 2018    Oxunub:3216
Bakıda baş verən partlayış zamanı xəsarət alan şəxsin vəziyyəti ağırdır.
Bu barədə AzVision.az-a Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov bildirib.

Onun sözlərinə görə, həmin şəxs mərkəzə bədənin 90 faiz yanıq xəsarətləri ilə gətirilib: "Vəziyyəti çox ağırdır. Bədəninin 90 faizi, tənəffüs yollarının isə 15 faizi yanıb. Dördüncü dərəcəli yanıq xəsarətləri qeydə alınıb. Reanimasiya şöbəsinə yerləşdirilib. Ağrıkəsicilər vurulub. Yaşı təxminən 50-dən yuxarıdır".

***
(09:48)

Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən hündür mərtəbəli yaşayış binalarının birində baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb.

Bu barədə AzVision.az-a Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib. Onun sözlərinə görə, həmin şəxsdə yanıq xəsarətləri aşkar edilib.

"Xəsarət alan şəxs kişidir. O, bədənin bütün səthinin yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə aparılıb".

Aytən Zəhra
AzVision.az


Teqlər: Bakı   Partlayış   Həkim  





Xəbər lenti