Azərbaycan MDB və Şərqi Avropada ən təhlükəsiz ölkədir

Cinayətlərin 19,3%-i (4686) şəxsiyyət əleyhinə, 52,8% (12824) iqtisadi fəaliyyət sahəsində, 25,2% (6116) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 2,8%-i (672) dövlət hakimiyyəti əleyhinə olanlar təşkil edib. Cinayətlərin strukturunda qəsdən adam öldürmə 9,5% (-17), mənimsəmə və israf etmə 6,8% (-10), dələduzluqlar 11,8% (-514), soyğunçuluq 16,6% (-54), quldurluq 23,6% (-39), hədə-qorxu ilə tələb etmə 10,5% (-9), xuliqanlıq 15,1% (-147), narkotik vasitələrlə bağlı cinayətlər 15,9% (-516), korrupsiya ilə bağlı cinayətlər 17,4% (-41) azalıb, oğurluqlar 9,8% (+706), o cümlədən mənzillərdən oğurluqlar 7,6% (+190), qaçaqmalçılıq 19% (+8) və ekoloji cinayətlər 28,3% (+36) artıb.
Ağır və xüsusilə ağır cinayətlərin 82,8%, o cümlədən qəsdən adam öldürmələrin 94,9%, hədə-qorxu ilə tələb etmələrin 94,8%, quldurluqların 89,5% açılması təmin edilib, habelə keçmiş illərdən bağlı qalmış 418, o cümlədən 97 ağır və xüsusilə ağır cinayət açılıb.
Bağlı qalmış 3420 cinayətin 83%-ni (2840) az ağır və böyük ictimai təhlükə törətməyən və yalnız 17% (580) ağır və xüsusilə ağır növlər təşkil edib, onlardan da 77,3% (2642) mülkiyyət əleyhinə, 8% (272) narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 4,6% (156) şəxsiyyət əleyhinə olan cinayətlərdir.
AzVision.az