Cəlilabadda oğrular iş başında yaxalandı

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində yanvarın 26-na keçən gecə həmin mağazadan təkrar oğurluq edən şəxslər polis əməkdaşları tərəfindən elə cinayət başında yaxalanıblar.
Oğurladıqları mallarla birgə saxlanılaraq Polis Şöbəsinə gətirilən həmin şəxslərin Günəşli kənd sakinləri Raul Quliyev, İsmayıl Quliyev və Murad Əhmədov olduqları məlum olub. Dörd ədəd ətçəkən maşın, 1 şirəçəkən, 1 DVD, 3 mobil telefon, 1 ədəd televizor, 3 fotoaparat, 1 kompyuter monitoru maddi sübut kimi onlardan götürülüb.
Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
AzVision.az