Paytaxtda 78 yeni yol nişanı quraşdırılıb

Paytaxtda 78 yeni yol nişanı quraşdırılıb
  27 Yanvar 2018    Oxunub:2582
Şəhər sakinlərinin Bakı Nəqliyyat Agentliyinə ünvanladığı müraciətlər əsasında bu ilin yanvar ayında paytaxtın müxtəlif ərazilərində 78 ədəd yeni 5.12 (Avtobusun dayanacaq yeri) yol nişanı quraşdırılıb.
Bakı Nəqliyyat Agentliyindən AzVision.az-a verilən məlumata görə, nişanlardan 37 ədədi mövcud avtobus dayanacaq məntəqələrində aparılan yenidənqurma işləri, 41 ədədi isə yeni avtobus dayanacaq məntəqəsi təşkil edilməsi zamanı quraşdırılıb.



Bununla yanaşı, 4 məntəqədə piyada keçidləri təşkil edilib. Keçidlərdən biri Kürdəxanı, digər üçü isə Binə qəsəbəsi Əli İsazədə küçəsindədir.



AzVision.az


Teqlər: Nəqliyyat   Avtobus   Dayanacaq  





Xəbər lenti