7 evdən oğurluq edən dəstə tutuldu

Həmçinin, Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il noyabrın 20-də rayon ərazisindəki mağazaların birindən 500 manat və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Bəhruz Qəhrəmanov da saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun ötən ilin noyabr-dekabr ayları ərzində 5 avtomobildən akkumulyator və inşaat materialları, habelə 1 həyətyanı sahədən 10 ev quşu oğurlaması da müəyyən edilib.
Yanvarın 25-də Biləsuvar rayonundakı evlərin birindən 2300 manat pul oğurlamaqda şübhəli bilinən, Əliabad kənd sakini olan yeniyetmə RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Habelə, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 20-də rayon ərazisindəki evlərin birindən 150 manat pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Orxan Abbasov da saxlanılıb.
AzVision.az