Çaxırlı kəndinə ilk dəfə qaz verilib

660 abonenti olan Çaxırlı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 93 min 645 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirdə çıxış edən SOCAR-ın “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb.
AzVision.az
Teqlər: Göyçay Qaz Azəriqaz Kənd