Tovuzda maşın aşıb, 4 nəfər yaralanıb

İlkin məlumata görə, qarlı-şaxtalı hava şəraiti səbəbi ilə avtomobil idarəetmədən çıxaraq sürüşüb və yolun kənarına aşıb. Hadisə nəticəsində sürücü və avtomobildə olan üç sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb ediliblər.
Faktla bağlı araşdırmalara başlanılıb. (Report)
AzVision.az