Azərbaycan diaspor təşkilatının ofisinə basqın - VİDEO

Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkın bildirib ki, hadisə ötən gecə baş verib. Dərnəyə basqın edən şəxslər ofisin pəncərələrini qırıblar.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Hazırda araşdırma aparılır.
Diaspor rəhbəri həmçinin bildirib ki, Afrin əməliyyatından sonra Niderlandda türk millətindən olan şəxslərə və onların məscidlərinə ardıcıl hücumlar olur. (APA)
AzVision.az
Teqlər: Niderland Diaspor Basqın