Çaylarda suyun səviyyəsi dəyişib

Çaylarda suyun səviyyəsi dəyişib
  28 Yanvar 2018    Oxunub:1914
Çaylarda son günlər üzrə sululuq səviyyəsi açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-150, Kiçik Qafqazın çaylarında 190-230, Lənkəran-Astara bölgəsi çaylarında 100-150, Naxçıvan MR çaylarında isə 210 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 177 m3/s olmaqla ongünlük normanın 113 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 132 m3/s olmaqla ongünlük normanın 84 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 67 m3/s olmaqla, ongünlük normanın 100 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 44 m3/s təşkil edərək ongünlük normanın 66 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Salyanda 6, Bankədə 4 sm azalma, Surrada 3, Araz çayının Novruzlu məntəqəsində 4 sm artım qeydə alınıb.

Surra məntəqəsində suyun səviyyəsi 377 sm (2017-ci il yanvarın 26-da 411 sm), Şirvanda 239 sm (2017-ci il yanvarın 26-da 333 sm), Salyanda 195 sm (2017-ci il yanvarın 26-da 262 sm), Bankədə 201 sm (2017-ci il yanvarın 26-da 215 sm), Araz çayının Novruzlu məntəqəsində isə 114 sm (2017-ci il yanvarın 26-da 130 sm) təşkil edib.

AzVision.az


Teqlər: ETSN   Çay   Su  





Xəbər lenti