AzVision.az FHN-ə istinadən xəbər verir ki, rayonun Qazyan kəndində ümümi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin 2 otağının və mətbəxinin yanar konstruksiyaları 76 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.