Bayıldakı evlərin çoxu bir gecədə tikilibmiş - FOTOLAR

Bayıldakı evlərin çoxu bir gecədə tikilibmiş - FOTOLAR
  29 Yanvar 2018    Oxunub:2975
Səbail Rayon İcra Hakimiyyəti (RİH) Bayıl sürüşmə zonasında görülən işlər və araşdırmaların vəziyyəti ilə bağlı məlumat yayıb.

İcra Hakimiyyətindən AzVision.az-a verilən məlumata görə, son bir neçə gün ərzində müxtəlif KİV-lərdə Səbail rayonu Bayıl yamacında yaranmış sürüşmə təhlükəsi, onun səbəbləri ilə bağlı bir-birinə əks, həqiqətə uyğun olmayan xəbərlər yayımlanır, sürüşmə hadisəsinin yamacda aparılan tıkintilər və s. ilə əlaqələndirilir.


Mütəxəssislərin apardıqları yoxlamalar nəticəsində sürüşmə təhlükəsi olan ərazidə 103 ev müəyyənləşdirilib. Burada tikilmiş evlərin 89,9 %-i məhz 2000-ci ilə qədər olan dövrün, o cümlədən 25%-i ötən əsrin 60-70-ci illərinin tikililərdir. Son 3 il ərzində isə burada yalnız 4 mövcud tikiliyə əlavələr edilib və hər bir fakt barədə materiallar hüquq-mühafizə orqanlarına təqdim olunub və araşdırılır.



Qeyd olunub ki, bir neçə evi çıxmaq şərti ilə yamacda tikilən fərdi yaşayış evləri bir gecə ərzində əsas etibarı ilə aztəminatlı insanlar və məcburi köçkünlər tərəfindən inşa olunub, möhkəm özülü, dayağı olmayan, 1 mərtəbəli qeyri-qanuni tikililərdir:

"Belə tikililərin isə torpağın sürüşməsinə təsiri yox dərəcəsindədir. Sürüşmə ilə bağlı araşdırmalara cəlb olunan xarıcı mütəxəssislərin verdiyi ilkin rəyə görə, burada baş verən prosseslər xarici deyil, daxili textonik prosseslər olaraq aktiv fazanın ilkin hissəsidir. Prosseslərin dərinləşməməsi üçün təkliflər paketi hazırlanaraq dövlət qurumlarına təqdim olunacaq".



RİH-in məlumatında vurğulanıb ki, xarici mütəxəssislərin rəyi bəzi qurumların sürüşməyə səbəb kimi burada aparılan tikinti və s. xarici amillərin göstərilməsini iddialarını alt-üst edir: "Ərazidə inşa olunan tikililərin böyük hissəsinin 1 mərtəbəli və yüngül konstruksiyalı olması, ən yaxın çoxmərtəbəli bina tikintisinin 5-6 km kənarda, Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icazəsi ilə aparılması xarici amılin təsiri sualını aradan qaldırır.

Təəccüblüsü və təəccüb doğuran isə odur ki, fərziyə irəli sürən, RİH-ni ittiham edənlər nə hansi bir araşdırma aparmayıb, mövcud vəziyyətlə maraqlanmayıb, heç bir sualla müraciət etməyərək ancaq öz təxəyyüllərinin məhsulunu işə salıblar.

Hazırda RİH-də yaradılan Qərargah üzvləri tərəfindən ərazidə aparılan araşdırmalar başa çatmaq üzrədir, yoxlamaların nəticələri ilə bağlı məsələyə hüquqi qiymət və ictimaiyyətə məlumat veriləcək, buradakı tikililərin gələcək taleyi huquqi müstəvidə həll olunacaq".



AzVision.az


Teqlər: Səbail   Sürüşmə   Teleqüllə  





Xəbər lenti