Erməni əsgər hərbçi yoldaşını öldürüb

Erməni əsgər hərbçi yoldaşını öldürüb
  29 Yanvar 2018    Oxunub:1788
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində ölən əsgər Ovsep Qriqoryanla bağlı araşdırma başlayıb.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, insident ötən gün 16:25-16:45 radələrində baş verib.
Məlum olub ki, Ovsep Qriqoryan öz hərbçi yoldaşının silahından açılan atəş nəticəsində ölüb. Qriqoryanın ölümünə silahla ehtiyatsız davranmanın səbəb olduğu iddia edilir.

Hazırda həmin əsgər həbs olunub. Faktla bağlı araşdırma aparılır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Qarabağ   Erməni   Hərbçi   Əsgər   Ölüm  





Xəbər lenti