Orduda döyüş hazırlığı üzrə məşqlər keçirilib - FOTOLAR

Orduda döyüş hazırlığı üzrə məşqlər keçirilib - FOTOLAR
  30 Yanvar 2018    Oxunub:2258
Azərbaycan Ordusunun qoşun növ və qisimlərinin birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrü başlayıb.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, bütün hərbi hissələrdə mitinqlər təşkil edilib və burada tədris dövrü üçün əsas məqsədlər və vəzifələr, eləcə də onların icra qaydaları diqqətə çatdırılıb.



Ordumuzda tədris prosesi Ali Baş Komandanın tələblərinə, Müdafiə nazirinin əmr və sərəncamlarına müvafiq olaraq döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə quruda, dənizdə, havada real təhdid və risklərin nəzərə alınması ilə təşkil edilərək keçiriləcək.



Dərslərin ilk günü bütün hərbi hissələrdə yüksək effektivlik və keyfiyyəti ilə fərqlənən döyüş hazırlığı üzrə məşqlər keçirilib.

AzVision.az

Qalereya




Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti