“Mühüm layihələr Azərbaycanı nəqliyyat dəhlizinə çevirir” - Henrik Hololey

“Mühüm layihələr Azərbaycanı nəqliyyat dəhlizinə çevirir” - Henrik Hololey
  30 Yanvar 2018    Oxunub:1921
“Ölkənizdə sonuncu dəfə 2011-ci ilin noyabrında olmuşam. Azərbaycanda ötən bu dövr ərzində nəzərə çarpacaq inkişaf qeydə alınıb. Xüsusilə bunu nəqliyyat sektoru barədə deyə bilərəm”.
AzVision.az xəbər evrir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Komissiyasının MOVE (Nəqliyyat üzrə cavabdeh) Baş Direktorluğunun rəhbəri Henrik Hololey bildirib. Onun sözlərinə görə, Azərbaycan əhəmiyyətli nəqliyyat habına çevrilib və bu proses davam edir:

“Bakı -Tbilisi-Qars layihəsi istismara verilib. Dəmir yolu sahəsində mühüm layihələr Azərbaycanı nəqliyyat dəhlizinə çevirir və bu bizim diqqətimizdədir. Ələt dəniz limanının tikinti işlərinin birinci mərhələsi yekunlaşıb. Bundan əlavə biz Heydər Əliyev adına hava limanında olduq və “Silk Way” şirkətinin logistika mərkəzi ilə tanış olduq. Sevindirici haldır ki, “Silk Way” dünyanın ən böyük logistika və yük daşımaları şirkətindən birinə çevrilib”.

O qeyd edib ki, Azərbaycanla Aİ arasında davam edən danışıqların əsas məqsədlərindən biri aviasiya sazişinin imzalanmasıdır: “Bu sazişin imzalanması danışıqları aparan şəxslərə həvalə edilib. Lakin mən burada keçirdiyim görüşlərdə də bəyan etdim ki, bizim mövqeyimiz ondan ibarətdir ki, hər kəs bu sazişdən yararlansın. Hazırda danışıqlarda irəliləyiş əldə olunub”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Avropa-Komissiyası   MOVE  





Xəbər lenti