Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb
  31 Yanvar 2018    Oxunub:2098
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 29-da 70,81 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,03 dollar/barel azdır.
AzVision.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 29-da 70,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,03 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 29-da 66,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,37 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə yanvarın 29-da 68,59 dollar/barel təşkil edib. Bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,44 dollar/barel azdır.

AzVision.az


Teqlər: Neft   Birja  





Xəbər lenti