İki nazirliyin fəaliyyəti yoxlanıldı

İki nazirliyin fəaliyyəti yoxlanıldı
  31 Yanvar 2018    Oxunub:2370
Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.
AzVision.az Palataya istinadən xəbər verir ki, iclasda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinə dövlət büdcəsindən ayrılan vəsaitlərin və Xidmət tərəfindən büdcədənkənar vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair, Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər İdarəsində vergi qanunvericiliyinə riayət edilməsi vəziyyətinə dair nəzarət tədbirləri üzrə hesabatlar müzakirə edilib.

Hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiyada həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı proqramlar təsdiq olunmuş, müvafiq qərarlar qəbul edillib.

AzVision.az


Teqlər: Hesablama-Palatası  





Xəbər lenti