Bakı–Sumqayıt dairəvi dəmir yolu təmir edilir

  01 Fevral 2018    Oxunub : 716
Bakı–Sumqayıt dairəvi dəmir yolu təmir edilir

Bu gündən qatarların sürətini və intensiv hərəkətini təmin etmək məqsədi ilə Bakı - Sumqayıt dairəvi dəmir yolunun əsaslı təmirinə start verilib.

AzVision.az “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir ki, təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Ümumi uzunluğu 107 km olan baş yollarda təmir işlərinin sentyabr ayına qədər başa çatdırılması planlaşdırılır.

Layihə mərhələli şəkildə həyata keçiriləcək. İlkin mərhələdə Sabunçu-Bakı sərnişin stansiyası istiqamətində 14 km yolun sökülməsi və əsaslı təmiri nəzərdə tutulub.

Qeyd edək ki, bu yolun qoyuluşu başa çatandan sonra BakıBakıətrafı qəsəbə və kəndlərin əhalisinin, dəmir yolundan istifadə etməklə, nəqliyyat problemi, qismən də olsa, aradan qaldırılacaq. Bakı, 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başına rahat və təhlükəsiz şəraitdə çatacaq.

AzVision.az

Teqlər: Dəmir-yolu   Təmir