Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Mərkəzi Bankın valyuta ehtiyatları artıb
  02 Fevral 2018    Oxunub:1698
Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.
AzVision.az Mərkəzi Banka istinadla xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları fevralın 1-nə 5 milyard 381,2 milyon dollar olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 54 milyon dollar çoxdur. Yanvar ayında Mərkəzi Bankın valyuta ehtiyatları 46,6 milyon dollar artıb.

AzVision.az


Teqlər: Mərkəzi-Bank  





Xəbər lenti