Mərkəzi Bank 250 milyon manat cəlb edir

Mərkəzi Bank 250 milyon manat cəlb edir
  03 Fevral 2018    Oxunub:1454
Fevralın 5-də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
AzVision.az Mərkəzi Banka istinadən xəbər verir ki, hibrid hərracda 250 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 10,01-14,99 faiz təşkil edir.

AzVision.az


Teqlər: Mərkəzi-Bank   Depozit  





Xəbər lenti