FES-in yeni rəhbəri işə başladı

FES-in yeni rəhbəri işə başladı
  06 Fevral 2018    Oxunub:2064
ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) yeni başçısı Jerome Rovell rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.
"Anadolu" agentliyinin məlumatına görə, 65 yaşlı Rovell bu gün FES-in Vaşinqtondakı mərkəzində təşkil olunan andiçmə mərasimi ilə vəzifə başına keçib.

Rovvel yazılı açıqlamasında “Amerikalılara xidmət etmək imkanına sahib olmaqdan qürur və şərəf duyduğunu” ifadə edib.

FES-in 16-cı rəhbəri olan Jerome Rovellin 2012-ci ildən bəri birlikdə çalışdığı Janet Vellenin uğurlu pul siyasətini davam etdirməsi gözlənilir.

AzVision.az


Teqlər: FES   ABŞ  





Xəbər lenti