Bağlanan bankın kreditorlarına müraciət edildi

Bağlanan bankın kreditorlarına müraciət edildi
  06 Fevral 2018    Oxunub:1759
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Gəncəbank" ASC-nin bütün kreditorlarına müraciət edib.
Fonndan AzVision.az -a verilən məlumata görə, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 12 fevral 2018-ci il tarixdən etibarən başlanacaq.

Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.

"Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı ləğv prosesində olan “Gəncəbank” ASC-nin Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə müraciət etsinlər və bank rekvizitlərini qeyd etsinlər", - deyə məlumatda vurğulanıb.

AzVision.az


Teqlər: Gəncəbank   Bank   Kreditor  





Xəbər lenti