Azərbaycan yoxsulluq səviyyəsi aşağı olan 29 ölkədən biridir

Azərbaycan yoxsulluq səviyyəsi aşağı olan 29 ölkədən biridir
  06 Fevral 2018    Oxunub:6020
"Azərbaycan dünyada yoxsulluq səviyyəsinin 5 faizdən aşağı olduğu 29 ölkədən biridir".
AzVision.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib. Onun sözlərinə görə, son 10 ildə Azərbaycanda ÜDM dəfələrlə artıb.

"Azərbaycan 2015-cı ildə BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında 192 ölkə ilə birgə yeni qlobal dayanaqlı inkişaf məqsədlərinə dair qəbul olunmuş qərara qoşulub. Prezident tərəfindən yürüdülən düzgün iqtisadi inkişaf siyasəti sahəsində Azərbaycan BMT-nin minilliyin inkişaf məqsədi proqramında yoxsulluq səviyyəsinin aşağı salınması üzrə lider ölkədir. Biz bu təşəbbüsə qoşulanda Azərbaycan əhalisinin yarısı yoxsulluq səviyyəsində idi. 2015-ci ilə qədər bu göstəricini 10 dəfəyə qədər aşağı sala bildik. Azərbaycanda yoxsulluğun göstəricisi 4,9 faizə düşüb. Hazırda Azərbaycan dünyada yoxsulluq səviyyəsinin 5 faizdən aşağı olduğu 29 ölkədən biridir", -deyə S.Həsənova vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: Sevinc-Həsənova   BMT  





Xəbər lenti