Növbəti hərrac keçiriləcək

Növbəti hərrac keçiriləcək
  07 Fevral 2018    Oxunub:1593
Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən AzVision.az-a verilən məlumata görə, hərraca çıxarılan notların həcmi 150 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar martın 7-də ödəniləcək.

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.

Hərrac zamanı notların buraxılışının 20 faizdən artıq olmamaq şərtilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Mərkəzi Bankın qısamüddətli notlarının alıcıları yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ola bilər.

AzVision.az


Teqlər: Mərkəzi-Bank   Hərrac  





Xəbər lenti