İqtisadiyyat Nazirliyindən
AzVision.az-a verilən məlumata görə, Azərbaycanın işğal altında olan ərazisində qanunsuz olaraq fəaliyyət göstərən müəssisənin "Prodexpo 2018" Beynəlxalq Ərzaq Sərgisində iştirakının beynəlxalq hüquq normalarına zidd və yolverilməz olduğu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu vasitəsilə rəsmi olaraq Sərginin təşkilatçısı "ExpoCentre" ASC-yə çatdırılıb.
İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin birgə fəaliyyəti nəticəsində "ExpoCentre" ASC tərəfindən "Stepanakert Konyak Zavodunun" Sərgidə iştirakının qarşısı alınıb.
AzVision.az