Hesablama Palatasının iclası keçirilib

Hesablama Palatasının iclası keçirilib
  07 Fevral 2018    Oxunub:1564
Bu gün Hesablama Palatasının kollegiya iclası keçirilib.
Palatadan AzVision.az-a verilən məlumata görə, iclasda dövlət büdcəsindən Təhsil Nazirliyinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair, ləğv prosesində olan “Dekabank” və “Atrabank” ASC-nin əmanətçilərinə kompensasiya ödənişləri üzrə Əmanətlərin Sığortalanması Fondunda aparılmış auditin nəticələrinə dair hesabatlar müzakirə olunub.

İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

İclasda, həmçinin, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı proqramlar təsdiq olunub, müvafiq qərarlar qəbul edilib.

AzVision.az


Teqlər: Hesablama-Palatası  





Xəbər lenti