Rusiya Bakı-Tbilisi-Qars dəmir yoluna maraq göstərir

Rusiya Bakı-Tbilisi-Qars dəmir yoluna maraq göstərir
  09 Fevral 2018    Oxunub:1603
Rusiya Bakı-Tbilisi-Qars dəmir yolu ilə dəmir məmulatlarının daşınmasında maraqlıdır.
AzVision.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov AzərTAC-ın sualını cavablandıraraq deyib.

Nazir bildirib ki, Moskvada səfərdə olarkən metallurgiya şirkətlərinin nümayəndələri ilə danışıqlar aparıb. Danışıqlar zamanı Rusiyadan Bakı-Tbilisi-Qars dəmir yolu ilə hər ay 70 min ton dəmir məmulatlarının göndərilməsi istəyi bildirilib.

C.Qurbanov qeyd edib ki, Rusiya taxta, dəmir məmulatlarının Qarsa oradan isə qida məhsullarının Rusiyaya daşınmasında maraqlıdır.

AzVision.az


Teqlər: BTQ  





Xəbər lenti