Bakı sakinləri ərzağa milyardlarla pul xərcləyir

Bakı sakinləri ərzağa milyardlarla pul xərcləyir
  10 Fevral 2018    Oxunub:1692
2017-ci ildə Bakı şəhərinin pərakəndə ticarət dövriyyəsinin həcmi 2016-cı ilə nisbətən müqayisəli qiymətlərlə 3,3 faiz artaraq 19613,5 milyon manata çatıb.
Bakı Şəhər Statistika İdarəsindən AzVision.az-a bildiriblər ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz artaraq 9583,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,2 faiz artaraq 10029,7 milyon manata bərabər olub. İstehlak məhsullarının 18,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 68,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 12,5 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 45,0 milyon manatlıq və ya əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 3,6 dəfə çox istehlak məhsulları satılıb. Elektron şəbəkə vasitəsilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 98,1 faizi hüquqi şəxslərdən, 1,9 faizi isə fərdi sahibkarlardan alınıb. Satışın bu növü vasitəsilə əsasən qeyri-ərzaq məhsulları realizə olunub.

AzVision.az


Teqlər: DSK   Ərzaq   Bakı  





Xəbər lenti