Milli Məclis sabah 18 məsələyə baxacaq

Milli Məclis sabah 18 məsələyə baxacaq
  12 Fevral 2018    Oxunub:1515
Sabah Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.
AzVision.az xəbər verir ki, iclasın gündəliyinə 18 məsələ daxildir.

Bunlar "Konstitusiya Məhkəməsi haqqında", "Ələt azad iqtisadi zonası haqqında", "Energetika haqqında", "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında", "Daşınmaz əmlakın dövlət reyesteri haqqında" və s. qanunlara, o cümlədən İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələridir.

Bundan başqa, yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsi də müzakirəyə çıxarılacaq.

İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın da illik məruzəsinə baxılacaq.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Plenar   İclas  





Xəbər lenti