Parlamentdə Arif Rəhimzadəyə söz verilmədi: “İstəmirsinizsə, heç danışmayım”

Parlamentdə Arif Rəhimzadəyə söz verilmədi: “İstəmirsinizsə, heç danışmayım”
  13 Fevral 2018    Oxunub:2160
Milli Məclisin bu gün keçirilən plenar iclasında Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə ona söz verilmədiyi üçün narazılıq edib.
AzVision.az-ın məlumatına görə, iclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi keçirilib. Müzakirələr zamanı A.Rəhimzadə deyib ki, ədliyyə nazirinin müavini Vilayət Zahirovun bələdiyyələrlə bağlı məruzəsindən sonra ona söz verilməli idi:

“Çünki bu məruzə parlamentin Regional məsələlər komitəsinin müzakirə olunub, müzakirələrlə bağlı məlumat verməli idim. İstəmirsinizsə, heç danışmayım”.

Spiker Oqtay Əsədov isə bildirib ki, komitə sədri kimi müzakirələrdə iştirak etmək istəyirdisə, bu barədə əvvəlcədən məlumat verməli idi: “Nə vaxt istəyirdinizsə, deyərdiniz, çıxış edərdiniz”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   İclas  





Xəbər lenti