Tullantılar arasından 400 kq-dan çox qəpik tapılıb
"Bu rezidentlərdə 140 nəfər işlə təmin olunub, 23,4 milyon vəsait yatırılıb. Buradan mebel, PET (polietilentereflatat) butulkaları, plastik yeşiklər ölkədən ixrac olunur. Daha 6 növ istehsalat sahəsi üzrə qeydiyyata alınmış hər rezident bu il ərzində fəaliyyətə başlayacaq. Orada qida tullantıların emalı, plastik emalı, kağız emalı, işlənmiş qida yağları emalı, yapışqan lent emalı ilə məşğul olan rezidentlər olacaq".
İdarə heyətinin sədri qeyd edib ki, Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidləmə zamanı 900-dən çox müxtəlif növ sənəd (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, diplom, hərbi bilet vəs.) toplanaraq "Poçtap" layihəsi çərçivəsində "Azərpoçt" MMC-yə təhvil verilib.
Maqnit separator vasitəsilə toplanan 400 kq-dan artıq qəpik isə "Təmiz Şəhər" ASC tərəfindən xeyriyyə aksiyaları üçün istifadə olunub.
Böyükşor gölünün sağlamlaşdırılmasından danışan E. Abbasov bildirib ki, gölün bərpasının II mərhələsinin layihələndirmə işləri aparılır və yayda bu işlər tamamlanacaq.
"Layihələndirmə işləri bitdikdən sonra fiziki işlərə başlanılacaq və gölün qalan hissəsində təmizlənmə aparılacaq. Birinci mərhələdə gölün 300 hektar ərazisi təmizlənib, ikinci mərhələdə 800 hektar ərazidə təmizlənmə işləri aparılacaq. Bundan sonra isə gölün 400 hektar hissəsi qalacaq və tarixi məcrasına gətiriləcək (700 hektar). Qalan 400 hektar ərazi isə qurudulacaq".
Aytən Zəhra
AzVision.az
Teqlər: