Əli Kərimli gecikdi, mitinq başa çatdı - FOTOLAR (Yenilənib)

Əli Kərimli gecikdi, mitinq başa çatdı - FOTOLAR (Yenilənib)
  31 Mart 2018    Oxunub:8023
Milli Şura və Müsavatın "Məhsul" stadionunda keçirdiyi birgə mitinq başa çatıb.
AzVision.az-ın məlumatına görə, mitinqdə cəmi 1200 nəfər iştirak edib.

***
Müxalifətin Milli Şura adlı radikal qrupu və Müsavat partiyasının bu gün saat 15:00-a təyin etdiyi mitinq yarım saat gec başlayıb.

AzVision.az xəbər verir ki, buna səbəb Əli Kərimli və Arif Hacılının mitinq yerinə gec gəlməsi göstərilir. Ənənəvi yığıncaq Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə “Məhsul” stadionunda keçirilir.

Milli Şura və Müsavatın çağırışına qoşulanların sayı bundan əvvəlki mitinqlə müqayisədə xeyli azdır.

Qeyd edək ki, müxalifətin digər partiya və təşkilatları 31 mart mitinqini dəstəkləmir.



















Elvin Abdulqədirov
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: Mitinq   Müxalifət   Milli-Şura  





Xəbər lenti