BQXK əməkdaşları Dilqəm və Şahbaza baş çəkib

BQXK əməkdaşları Dilqəm və Şahbaza baş çəkib
  16 Aprel 2018    Oxunub:1198
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə növbəti dəfə baş çəkiblər.

Bu barədə AzVision.az-a BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.
O, qeyd edib ki, BQXK-nin nümayəndələri martın sonu və aprelin əvvəlində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkib. BQXK rəsmisi qey edib ki, saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamaları üçün şərait yaradılıb.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: BQXK   Dilqəm   Şahbaz  





Xəbər lenti