Bəzi şəhər və rayonlarda su olmayacaq

Bəzi şəhər və rayonlarda su olmayacaq
  03 İyun 2018    Oxunub:1863
Yağıntılarla əlaqədar Kür çayında bulanıqlığın artması səbəbindən Kür təmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb.
AzVision.az "Azərsu" ASC-yə istinadən xəbər verir ki, bununla əlaqədar Şirvan, Salyan, Biləsuvar, Hacıqabul, Sabirabad, Saatlı şəhərlərinə, Bakının Qaradağ rayonuna, eləcə də Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilişində fasilələr olacaq (Kür çayında bulanıqlıq səviyyəsi normallaşana qədər).

AzVision.az



Teqlər: Azərsu  





Xəbər lenti