Bakı-Şamaxı yolunda ağır qəza

Bakı-Şamaxı yolunda ağır qəza
  08 İyun 2018    Oxunub:1987
Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonunun Mirikənd kəndində “Mercedes” markalı minik avtomobili və “Ford” markalı mikroavtobus toqquşub. Qəza zamanı mikroavtobusda xəsarət alan 1 nəfər (sərnişin) köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri həmin şəxsi müvafiq qaydada mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az


Teqlər: FHN   Qəza  





Xəbər lenti