Özünü birinci mərtəbədən atmaq istədi

Özünü birinci mərtəbədən atmaq istədi
  18 İyun 2018    Oxunub:1212
Bakının Xəzər rayonunda bir nəfər intihara cəhd edib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Xəzər rayonunda 1 nəfər birmərtəbəli fərdi yaşayış evinin damına çıxaraq intihar etmək istəyib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: İntihar  





Xəbər lenti