Qoşqar Təhməzli Salyanda vətəndaşlarla görüşüb

Qoşqar Təhməzli Salyanda vətəndaşlarla görüşüb
  18 İyun 2018    Oxunub:3242
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli iyunun 18-də Salyanda vətəndaşlarla görüşüb.
Agentlikdən AzVision.az-a verilən məlumata görə, əvvəlcə o, agentliyin Salyan şəhərində fəaliyyət göstərəcək regional mərkəzinin iş şəraiti ilə tanış olub. Həmçinin Salyan Zona Baytarlıq Laboratoriyasının fəaliyyəti, maddi-texniki bazası və əməkdaşların bilik səviyyəsi ilə tanış olan agentliyin sədri aparılan laborator müayinələr zamanı şəffaflığın qorunması üçün həyata keçiriləcək tədbirlərdən danışıb, bununla bağlı olaraq vahid elektron bazanın yaradılmasının vacibliyini vurğulayıb.

Daha sonra Q.Təhməzli Salyan Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşlarla görüşüb. Görüşə gələn vətəndaşlar əsasən agentliyin yerli bölmələrində ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Agentliyin sədri tərəfindən qəbul edilən 48 vətəndaşın müraciətləri ilə bağlı aidiyyəti bölmələrin rəhbərlərinə tapşırıqlar verilib.

Görüşdə dövlətimizin başçısının qida təhlükəsizliyi ilə bağlı son dövrlərdə imzaladığı fərman və sərəncamları vətəndaşların diqqətə çatdıran sədr əsas məqsədin qida təhlükəsizliyinin təmin olunması və istehlakçıların hüquqlarının müdafiəsinə dövlət nəzarətinin həyata keçirilməsi zamanı müasir innovasiyaları tətbiq etməklə təhlükəsiz və şəffaf mühitin inkişaf etdirilməsi olduğunu vurğulayıb.

AzVision.az


Teqlər: Salyan   Qoşqar-Təhməzli  





Xəbər lenti