Sumqayıtda universitetin tavanı çöküb

Sumqayıtda universitetin tavanı çöküb
  22 İyun 2018    Oxunub:1179
Ötən gün saat 15:30-da Sumqayıt Dövlət Universitetinin əsas tədris binasının giriş hissəsinin çöl tərəfindən sütunlu tavanı çöküb.
Universitetin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, əmələ gələn çatları nəzərə alaraq təhlükəsizlik tədbirləri görüldüyündən hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edilib ki, hadisə ilə bağlı müvafiq strukturlara məlumat verilib.

AzVision.az


Teqlər: Universitet   Sumqayıt  





Xəbər lenti