Hirkan meşələrində nadir akasiyalar çiçək açıb

Hirkan meşələrində nadir akasiyalar çiçək açıb
  22 İyun 2018    Oxunub:1444
Nadir və relikt bitki olan, Azərbaycanın “Qırmızı Kitabı”na, Beynəlxalq Təbiəti Mühafizə Təşkilatının (İUCN) “nəsli kəsilmək təhlükəsi olan növlər” kateqoriyasına daxil edilən İpək akasiyası (lat.Albizia julibrissin) təbii halda Lənkəranın dağlıq hissəsində, Hirkan Milli Parkının ərazisində yayılıb və mühafizə edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, bu növə Cənubi Qаfqаz, Krım, Ukrаynа, Оrtа Аsiyа, İtаliyа, İrаn, Türkiyə, Frаnsа, Kоreyа və Şimаli Аmerikаdа təsаdüf olunur.

Hirkan subtropik meşələrində yabanı halda yayılan və hündürlüyü 18 metrə qədər olan dekorativ İpək akasiyası iyun-iyul aylarında çiçəkləyir.

AzVision.az


Teqlər: ETSN  





Xəbər lenti