Bu şəxslərə prezident təqaüdü veriləcək

Bu şəxslərə prezident təqaüdü veriləcək
  23 İyun 2018    Oxunub:1704
Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında” sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə Həsənov Şəmistan Hüseyn oğlu və Musayev Aslan Əjdər oğluna Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Sərəncam  





Xəbər lenti