DİN İsmayıllıdakı qətllə bağlı məlumat yayıb

DİN İsmayıllıdakı qətllə bağlı məlumat yayıb
  04 İyul 2018    Oxunub:1804
İyulun 3-də saat 2 radələrində İsmayıllı rayonunun Kürdmaşı kəndində yaşayan Elçin Cəfərov evində münaqişə zəminində tüfəngdən açdığı atəşlə arvadı Ceyhunə Səfərovanı qətlə yetirib.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə E.Cəfərov saxlanılıb. Ondan hadisəni törədərkən istifadə etdiyi tüfəng götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

AzVision.az



Teqlər: DİN   İsmayıllı   Qətl  





Xəbər lenti