Qanunsuz balıq ovu edən şəxs saxlanılıb

Qanunsuz balıq ovu edən şəxs saxlanılıb
  09 İyul 2018    Oxunub:2818
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən balıq və digər su bioresurslarının mühafizəsi məqsədilə növbəti reyd keçirilib.
ETSN-dən AzVision.az-a verilən məlumata görə, Mingəçevir su anbarının Yevlax rayonu ərazisində keçirilən reyd zamanı qanunsuz balıq ovu edən şəxs saxlanılıb.

Qanun pozucusu Yevlax rayon sakini Şəhriyar Hüseynovdan 13 ədəd sıf balığı, 1 ədəd sintetik saplı tor götürülüb və barəsində balıq ehtiyatlarına vurulan ziyana görə 429 manat məbləğində iddia qaldırılıb.

Faktla bağlı qanun pozucusu barəsində cərimə qərarının çıxarılması və qanunamüvafiq tədbir görülməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanına göndərilib.

AzVision.az


Teqlər: ETSN  





Xəbər lenti