Bakı-Quba yolunda təmir işləri aparılır

Bakı-Quba yolunda təmir işləri aparılır
  09 İyul 2018    Oxunub:1790
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-52-ci km-lik hissəsində yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin sökülməsi işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AzVision.az-a verilən xəbərə görə, işlərin axşam saatlarınadək davam etdirilməsi nəzərdə tutulub.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

AzVision.az


Teqlər: Yol   Təmir  





Xəbər lenti