Gəncədə avtomobil oğrusu tutulub

Gəncədə avtomobil oğrusu tutulub
  09 İyul 2018    Oxunub:3245
İyulun 8-də Gəncə şəhərindən şəhər sakini Elnur Həsənova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.
DİN-dən AzVision.az-a verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi, Gəncə ŞBPİ və Nizami (Gəncə) RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elsevər Allahverdiyev Göygöl rayonu ərazisində avtomobillə birgə saxlanılıb.

Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti