İki gün anomal isti olacaq

İki gün anomal isti olacaq
  10 İyul 2018    Oxunub:2212
İyulun 11-13-də ölkə ərazisində hava şəraitinin anomal isti keçəcəyi, havanın maksimal temperaturunun 35-39°, Naxçıvan Muxtar Respublikasının və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 41-43°, dağlıq rayonlarda isə 28-33°-yə yüksələcəyi proqnozlaşdırılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a bildirilib ki, iyulun 11-12-də Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 35-39° isti olacağı bildirilir.

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 11-12-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun və rütubətli hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

AzVision.az


Teqlər: İsti  





Xəbər lenti