Yolun çökməsinin səbəbi araşdırılır

Yolun çökməsinin səbəbi araşdırılır
  16 İyul 2018    Oxunub:3188
"Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində müvəqqəti çəkilmiş yolun çökmə səbəbinin aşkar edilməsi ilə bağlı müvafiq səlahiyyətli qurumlar tərəfindən geoloji-kəşfiyyat işləri aparılır"
AzVision.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Qurum rəsmisi bildirib ki, yayılmış ilkin məlumata əsasən, yol səthindən 5-6 metr dərinlikdə dəmir-beton konstruksiya aşkarlanıb.

"Həmin ərazidə metro stansiyasının tikintisi üçün sahə 2012-ci ildə ayrılıb. Ərazidən keçən əsas yol metro stansiyasının inşaatı üçün bağlandığından, qeyd edilən müvəqqəti yol alternativ kimi 2013-cü ildə salınıb. Hazırda məsələ ilə bağlı müvafiq səlahiyyətli qurumlar tərəfindən aparılan araşdırma işlərində "Bakı Metropoliteni" QSC-nin nümayəndələri də iştirak edirlər. Bununla bağlı əlavə məlumatlar ictimaiyyətin diqqətinə çatdırılacaq".

AzVision.az


Teqlər: Metro   Yol  





Xəbər lenti