Nazirlikdən çimərliyə gedənlərə xəbərdarlıq

Nazirlikdən çimərliyə gedənlərə xəbərdarlıq
  21 İyul 2018    Oxunub:8359
Ekologiya və Təbii Sərvətlər Nazirliyi sabah çimərliklərə üz tutanlara xəbərdarlıq edib.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən xəbərə görə, sabah şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) arabir güclənən şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu 25-26° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 26-27° isti təşkil edəcək. Arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar olaraq çimərliklərə üz tutanlar ehtiyatlı olmalıdır.

AzVision.az


Teqlər: ETSN   Çimərlik  





Xəbər lenti