Göyçay körpüsünə görə tutulanların cinayət işi yekunlaşıb

Göyçay körpüsünə görə tutulanların cinayət işi yekunlaşıb
  25 İyul 2018    Oxunub:3710
Göyçayda körpünün çökməsi və oradakı daş karxanalarının fəaliyyəti ilə bağlı açılan cinayət işində 7 vəzifəli şəxs məsuliyyətə cəlb olunub.
AzVision.az xəbər verir ki, bunu Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, həmin şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib: “Bununla bağlı cinayət işləri yekunlaşıb və məhkəməyə göndərilmə ərəfəsindədir. Digər bölgələr, o cümlədən Quba bölgəsi ilə bağlı cinayət işlərində məsuliyyətə cəlb olunan, barələrində həbs-qətimkan tədbiri seçilən vəzifəli şəxslər var”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Kamran-Əliyev  





Xəbər lenti