Daşkəsəndə sürücülərə qarşı reyd keçirilib
Rayonun müxtəlif ərazilərində təşkil olunan reyd zamanı yol polisi və ETSN-in əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.
Bununla yanaşı dəfələrlə maarifləndirici işlər, qanunamüvafiq digər tədbirlər görülməsinə baxmayaraq, reyd zamanı sürücülük hüququ olmadan avtomobil idarə edərək həm nəqliyyatın həm də piyadaların hərəkəti üçün təhlükə törədən sürücülər aşkarlanıb. Eyni zamanda sərnişindaşıma və digər kobud qayda pozuntularına yol verən sürücülər də müəyyən edilərək barələrində protokol tərtib edilib. Dövlət Yol Polisi və ETSN-in birgə təşkilatçılığı ilə keçirilən “Təmiz hava” aylığı aksiyası avqustun 31-dək davam edəcək.
AzVision.az
Teqlər: